Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş: Ötən il iki nəfərin boğularaq öldüyü tuneli də ona məxsus şirkət tikmişdi

Tarix: 17-12-2025 21:30     Baxış: 339 A- / A+
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən "Ramin-Nur" şadlıq sarayının camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb.

Sözügedən "Ramin-Nur" şadlıq sarayı "Körpü Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovundur.

Şadlıq sarayına da oğlu Raminin adını verib. Ramin Göyüşov özü də iş adamıdır. Müxtəlif vaxtlarda mediada onun da adı hallanıb.

Hansı ki, həmin şirkətlə bağlı da müxtəlif vaxtlarda şikayətlər olub. Elə beş gün əvvəl həmin şirkətin Dərnəgül qəsəbəsində ağacları kəsməsi ilə bağlı şikayət daxil olmuşdu.

Həmin şikayətlə bağlı hazırda araşdırma aparılır.

Qeyd edək ki, Xəlil Göyüşovun Bakıda bir neçə villasının, Sumqayıtda əlavə şadlıq sarayının olduğu deyilir.

Xatırladaq ki, 2024-cü ildə Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) iki nəfər boğularaq ölmüşdü. Həmin tunel də "Azərbaycan Dəmir Yolları"nın sifarişi əsasında Xəlil Göyüşova məxsus "Körpü Bina Tikinti" MMC tərəfindən inşa edilib. qafqazinfo 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar