Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Kamran Əsədov işdən çıxarıldı

Tarix: 16-12-2025 22:21     Baxış: 351 A- / A+

Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri Kamran Əsədov vəzifəsindən uzaqlaşdırılıb.

Hazırda sədr vəzifəsini Renata Mənsurova icra edir. Məlumatı ETİHİ-nin Nərimanov Rayon Komitəsindən saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, K.Əsədov sözügedən vəzifəyə bu ilin noyabrın 27-də seçilib. Noyabrın 28-dən fəaliyyətə başlayıb.

Dekabrın 12-də isə onun barəsində cinayət işi açıldığına dair məlumat yayıldı. Cinayət işinin ibtidai istintaqı artıq yekunlaşıb. Belə ki, hazırda məhkəmə istintaqı davam edir. Kamran Əsədov tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. unikal 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar