Sizin Reklam Burada
Xəbər lenti
02-08-2026
01-08-2026
BÜTÜN XƏBƏRLƏR

Rəşad Dağlı amnistiyaya düşəcək? - Açıqlama

Tarix: 16-12-2025 16:10     Baxış: 3137 A- / A+

Xəbər verdiyimiz kimi, amnistiya tətbiqi nəticəsində cəzasından azad ediləcək məhkumların dairəsi məlum olub.

Manevr.az xəbər verir ki, insanları hazırda həbsdə olan məşhurlar arasında ən çox maraqlandıranlardan biri meyxanaçı Rəşad Dağlıdır.
Hüquqşünas Daşqın Qənbərov Ajans.az-a açıqlamasında Rəşad Dağlıya ağır cinayət törətdiyi üçün güzəşt edilməyəcəyini bildirib:
"Amnistiya aktının layihəsində aydın şəkildə göstərilir ki, ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə münasibətdə tətbiq edilə bilər. Lakin Rəşad Dağlı qəsdən törədilmiş ağır cinayətdə ittiham olunduğundan ona bu amnistiya aktı ilə hər hansı güzəştin ediləcəyi gözlənilə bilməz".
Qeyd edək ki, Rəşad Dağlı 2022-ci ilin noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər məhkəməsinə qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar