Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Dəmir Yollarında yeni təyinat

Tarix: 16-12-2025 09:45     Baxış: 340 A- / A+
Dəmir Yollarında yeni TƏYİNAT
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Beynəlxalq əlaqələr departamentinin Qarşılıqlı əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Manevr.az xəbər verir ki, bu vəzifə Ceyhun Ələkbərova həvalə olunub.
O, 1978-ci ildə Bakıda anadan olub, beynəlxalq münasibətlərin tarixi üzrə fəlsəfə doktorudur, Azərbaycan-Böyük Britaniya diplomatik əlaqələrinin tədqiqatçısı olmaqla yanaşı, Parisdə yerləşən Fransanın kadrların təkmilləşdirilməsi institutu - Milli İctimai Xidmət İnstitutunda (l"Institut national du service public) "Diplomatiyanın yeni metodları" proqramını bitirib.
C.Ələkbərovun beynəlxalq münasibətlər, politologiya və strateji kommunikasiyalar sahələrində 20 ildən artıq təcrübəsi var. O, UNESCO-nun mədəni irs üzrə, eləcə də Avropa İttifaqının kommunikasiyalar üzrə ekspertidir, 20-dən çox elmi tədqiqatı, həmçinin rus, türk, ingilis və fransız dillərində yazılmış 300-dən artıq analitik və publisistik məqalələri müxtəlif ölkələrdə dərc edilib. Həm akademik, həm də korporativ biznes sahələrində təcrübəsi olan C.Ələkbərov, eyni zamanda, uzun illər müxtəlif sahələri əhatə edən bir sıra beynəlxalq layihələrdə konsultant kimi fəaliyyət göstərib.
O, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü danışıqlarında iştirak edib, 5 il Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Rezident-Əlaqələndiricisinin Ofisində işləyib, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin İnkişaf Proqramında (UNDP) fəaliyyət göstərib, Proqramın Azərbaycandakı Rezident-Nümayəndəsinin müşaviri və BMT-nin İnformasiya Mərkəzinin (BMTİM) direktor əvəzi kimi çalışıb, COVID-19 koronavirus pandemiyası müddətində ÜST Azərbaycan Böhran Qrupunun, habelə BMT-nin COP29 İşçi Qrupunun üzvü olub.
Nəqliyyat və logistika sahəsində də təcrübəsi olan C.Ələkbərov daha öncə hava yolu ilə yükdaşımalar sahəsində ixtisaslaşmış "Silk Way" şirkətlər qrupunda İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar