Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

Tarix: 15-12-2025 20:08     Baxış: 331 A- / A+


Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
Sumqayıt şəhərində aparılan yenidənqurma işləri şəhərin baş planına, ümumi inkişaf konsepsiyasına uyğun olaraq mərhələli və planlı şəkildə həyata keçirilir. Bu çərçivədə istismar müddətini başa vurmuş, müasir yaşayış standartlarına cavab verməyən bəzi yaşayış binalarının söküntüsü nəzərdə tutulub. Bu işlər artıq bir neçə ildir başlaylıb və proses hazırda şəhərin bir neçə yaşayış massivində – 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə ardıcıl şəkildə davam etdirilir.
Manevr.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, gələcək mərhələlərdə digər ərazilərdə də oxşar layihələrin icrası planlaşdırılır.
"Söküntü işləri sakinlərin razılığı əsasında həyata keçirilir. Sökülən binalarda yaşayan vətəndaşlar razılaşma əsasında yeni, müasir standartlara cavab verən yaşayış sahələri ilə təmin olunurlar. Bu proses zamanı sakinlərin sosial rifahının qorunması əsas prioritet kimi nəzərə alınır. 
Qeyd edilib ki, layihə çərçivəsində sökülən binaların yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının inşası planlaşdırılır. Bununla yanaşı, ərazidə abadlıq işləri aparılacaq, uşaq oyun meydançaları, park və istirahət zonaları, parkinq sahələri, eləcə də ictimai istifadə üçün nəzərdə tutulan digər sosial infrastruktur obyektləri yaradılacaq.
"Həyata keçirilən layihələr Sumqayıt şəhərinin sosial infrastrukturunun yenilənməsinə, şəhər mühitinin müasirləşdirilməsinə və yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Aparılan yenidənqurma işləri sakinlər tərəfindən də müsbət qarşılanır",- İcra Hakimiyyətinin rəsmi məlumatında deyilir.
Xatırladaq ki, Sumqayıtda uzun müddətdir qəzalı vəziyyətdə olan “Fin evləri” kimi tanınan ikimərtəbəli yaşayış binalarında söküntü işləri aparılır. 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar