Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

DTX rüşvət alan başçını belə saxlayıb - Anbaan video

Tarix: 15-12-2025 12:19     Baxış: 343 A- / A+
DTX rüşvət alan başçını belə saxlayıb - Anbaan videoDövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən verilən məlumata görə, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranıb.
Müəyyən olunub ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmiş, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməmiş, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alıb.
Faktla bağlı DTX-nin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar