Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Ramil Səfərovun xanımına vəzifə verildi

Tarix: 14-12-2025 11:10     Baxış: 452 A- / A+
Ramil Səfərovun xanımına vəzifə verildi
Azərbaycan Ordusunun zabiti, polkovnik Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan” layihəsinin direktoru təyin edilib.
Manevr.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

"Study in Azerbaijan” layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramda maraqlı və eyni zamanda, məsuliyyətli bir mərhələnin başlanğıcıdır.

AR Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Study in Azerbaijan”, Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin təhsil imkanlarının xarici tələbələr üçün daha cəlbedici edilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi məqsədi daşıyan, dövlət–özəl tərəfdaşlığı modeli əsasında qurulmuş milli təşəbbüsdür.

Layihə çərçivəsində əsas fokuslarımızdan biri tanıtım və qəbul mərhələlərindən başlayaraq viza və yerləşmə dəstəyi, eləcə də inteqrasiya proseslərini əhatə edən vahid, rəqəmsal və institusional ekosistemin formalaşdırılmasıdır.

Yeni çağırışlar və imkanlarla dolu bu yolda komandamızla birlikdə dəyərli və uğurlu nəticələr əldə edəcəyimizə inanıram”, - o qeyd edib.

Qeyd edək ki, Şəbnəm Səfərova 2023-cü ildən bu ilin avqustunadək BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar