Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu zavod borca görə satışa çıxarıldı – 38 milyona

Tarix: 17-07-2017 10:30     Baxış: 5294 A- / A+
Azərbaycanda bu zavod borca görə satışa çıxarıldı


“Bakı Fındıq Emalı” müəssisəsi banka borcu olduğuna görə satışa çıxarılıb.

Manevr.az xəbər verir ki, müəssisənin Azərbaycan Beynəlxalq Bankına kredit borcu olub. Bu borca görə də müəssisəni bankın toksit aktivlərini idarə edən "Azərkredit" hərraca çıxarıb. Hərraca çıxarılan “Bakı Fındıq Emalı” müəssisəsinin ilkin satış qiyməti 37 milyon 744 min manatdır.

Müəssisə Beynəlxalq Bankdan ümumilikdə 60 milyon manat kredit götürüb. Məlumata görə, müəssisənin Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakəndə 1681 hektar torpaq sahəsi, bölgələrdə 7 fındıq emalı sexi var.

Cəmiyyətin ümumi istehsal gücü: minimum 5.000 ton qabıqlı fındıq xammalını emal edərək ondan 1800-2000 ton fındıq ləpəsi və digər fındıq məhsulları (hazır məhsul çıxışı 36-40% civarında mövsümdən asılı olaraq dəyişə bilir) əldə oluna bilər. İstehsal olunmuş məhsullar yerli və xarici (Rusiya, Ukrayna, İtaliya, Almaniya) bazarlarda satılır.

Açıq hərrac 15 avqust 2017-ci il tarixində keçiriləcək.

Qeyd edək ki, “Bakı Fındıq Emalı” müəssisəsi (“BakFem” MMC) 1996-cı ildən fəaliyyət göstərir və Azərbaycanda fındıq emalı ilə məşğul olan ən iri müəssisələrdən biridir.axar.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar