Xəbər lenti
Sülhdən sonra Araik azadlığa buraxılır? - İrəvanda eyforiya
Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda mühakiməsi davam edən hərbi canilərlə bağlı sualı cavablandırıb. Deyib ki, münaqişə mərhələsində məsələni həll etmək mümkün deyil, bunun üçün sülh yaranmalıdır: “Bundan sonra məsələni mərhələli şəkildə həll etmək mümkün olacaq”.
Politoloq Armen Baqdasaryan isə “Hraparak” nəşrinə bildirib ki, Azərbaycandan oxşar eyhamlar eşidilsəydi, bu bəyanatın müəyyən dəyəri olardı: “Ermənistan hakimiyyəti lazım olanda deyir ki, sülh üçün imzaladıqları hansısa sənəddə hər şey qarşılıqlılığa əsaslanır. Əgər Azərbaycandan eyhamlar gəlsəydi ki, bilirsiniz, sülh sazişi imzalanandan sonra biz bu məsələni müzakirə edə bilərik, deyərdik ki, görünür, belə olacaq, amma Azərbaycan həmin məhbusları orada şəxsi məqsədləri üçün saxlayır. Bu məhkəmələr Ermənistanın əleyhinə yönəldilə bilər”, - Bağdasaryan bildirib.
Təpədən-dırnağa cinayətkar olan bu ünsürlərin Azərbaycan xalqına qarşı işlətdikləri cinayətləri, ərazilərimizdə bölücülüklə, separatçılıqla məşğul olmuş olduqlarını nədənsə yada salmaq istəmirlər. Bir qrup insan Ermənistanda belə eyforiya yaradır ki, guya separatçı “liderlər” qaytarılacaq. Ermənistandakı bəzi qüvvələr Bakıda saxlanılan hərbi canilərlə, separatçılrla bağlı proses aparmağa cəhd edirlər, amma əslində onların “hüquqlarının qorunması” da həmin şəxsləri maraqlandırmır. Onların özlərini reklam etməyə, Azərbaycanı ittiham etməyə çalışırlar. Zaman-zaman Azərbaycan humanist addımlar atıb müəyyən hərbi cinayətkarları Ermənistana qaytarır. Amma Bakıda saxlanılan separatçı “liderlər” o cinayətlərə rəhbərlik etmiş adamlardır.
Yekun sülh müqaviləsindən sonra hərbi canilər Ermənistana təhvil verilə bilərmi?
Siyasi şərhçi Azər Həsrət qeyd edib ki, indiki halda Ermənistanın və ya Qarabağın hərbi cinayətkarlarının qaytarılmasından söhbət gedə bilməz:

“Çünki onlar Azərbaycan xalqına qarşı həqiqətən də çox ağır cinayətlər törədiblər və onların əməlləri məhkəmədə üzlərinə oxunur. Barələrində irəli sürülən iddiaları rədd edəcək heç bir tutarlı dəlil və sübut yoxdur. Onlar özləri də etiraf edirlər ki, bu əməlləri törədiblər. Əgər cinayət varsa, cəza da olmalıdır - istər erməni olsun, istər başqası. Azərbaycan onları erməni olduqlarına görə mühakimə etmir, ümumiyyətlə Azərbaycan heç kimi etnik mənsubiyyətinə görə mühakimə etmir və etməz də. Bizim ölkədə belə bir yanaşma yoxdur. Sadəcə olaraq, həmin şəxslər konkret cinayətlər törədiblər. Üstəlik, məhkəməyə cəlb edilənlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Yəni onların erməni millətindən olması nəyi dəyişir? Əgər onlar Azərbaycan vətəndaşlarıdırsa, Azərbaycan qanunları qarşısında da cavab verməlidirlər və verirlər də”.
A.Həsrət bildirib ki, orada Vardanyan var, o, Ermənistan vətəndaşıdır, əvvəllər Rusiya vətəndaşı olub: “Amma bunun heç bir fərqi yoxdur. O da cinayət əməllərini Azərbaycan Respublikasının ərazisində törədib və buna görə də mühakimə olunur. Sülh müqaviləsi imzalandıqdan sonra bu şəxslərin Ermənistana qaytarılıb-qaytarılmaması məsələsinə gəldikdə isə: birincisi, Azərbaycan öz vətəndaşlarını niyə xarici ölkəyə verməlidir? Araik Arutyunyan da daxil olmaqla, Qarabağ separatçıları və terrorçuları Azərbaycan vətəndaşlarıdırsa, Azərbaycan niyə onları hansısa başqa dövlətə təhvil verməlidir?
İkincisi, Azərbaycan dövləti əlbəttə ki, humanistdir, yeri gələndə bağışlamağı da bacarır. Amma düşünürəm ki, indiki mərhələdə bağışlanma məsələsinin gündəmə gətirilməsi düzgün deyil. Onların əfv olunması və ya hansısa üçüncü ölkəyə təhvil verilməsi haqqında danışmaq üçün hələ çox tezdir".
Azər Həsrət qeyd edib ki, hazırda əsas diqqət sülh müqaviləsinə yönəldilməlidir: “İki dövlət arasında geniş, əhatəli sülh müqaviləsi imzalanmalıdır. Ondan sonra bütün məsələlər müzakirə oluna bilər. Lakin indiki mərhələdə Azərbaycanın həmin erməniləri guya hər hansı şəxsi və ya siyasi məqsədlər üçün istifadə etməsi barədə deyilənlər heç bir ciddi əsasa söykənmir. Bir daha vurğulayırıq ki, onların əməlləri göz önündədir, bütün dünyanın gözü qarşısında açıq məhkəmə keçirilir, bütün suallara cavab vermələri üçün onlara tam şərait yaradılır, özlərini müdafiə etmək imkanları təmin olunub və olunur. Buna görə də heç kəs manipulyasiya etməsin”. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































