Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda kimlər 13-cü maaş alır?

Tarix: 12-12-2025 21:10     Baxış: 352 A- / A+
Azərbaycanda bəzi dövlət qurumları və özəl şirkətlər ilin sonunda işçilərinə əlavə 13-cü maaş ödəyir.

Bu praktika işçilər üçün müsbət qərar olsa da bütün qurum və şirkətlərdə tətbiq olunmur.

Maraqlıdır ki, Əmək Məcəlləsində belə bir öhdəlik nəzərdə tutulurmu? 13-cü maaş işçilərin motivasiyası və sosial rifahına necə təsir edir?

Azərbaycanda Əmək Məcəlləsində və digər normativ-hüquqi aktlarda 13-cü maaşın (ildə bir dəfə əlavə maaşın) verilməsi barədə konkret tələblər yoxdur. Bu ödəniş qanunla məcburi şəkildə tələb olunmur və əmək haqqı strukturunun ayrılmaz hissəsi kimi müəyyən edilməyib.

13-cü maaş adətən ilin sonunda və ya bayramlar ərəfəsində şirkət və ya dövlət qurumunun təşəbbüsü ilə verilir. Bu, işçilərə əlavə mükafat və ya bonus kimi təqdim olunur və çox vaxt bir aylıq əmək haqqı miqdarında olur, lakin bu da standart deyil.

Onun verilməsi işəgötürənlə işçi arasındakı əmək müqaviləsində və ya kollektiv müqavilədə əks olunarsa, həmin öhdəlik yerinə yetirilməlidir. Əks halda işəgötürən bu əlavə ödənişi vermək məcburiyyətində deyil.

İqtisadçı ekspert Xalid Kərimli də açıqlamasında bildirib ki, bu praktika qanunla tənzimlənmir:

“Bu ənənə bəzi qurum və şirkətlərin şəxsi təşəbbüsü ilə reallaşır. Heç bir məcburiyyət və öhdəlik yoxdur. Təbii ki, bəzi rəhbər şəxslər öz işçilərinə qarşı bu müsbət təşəbbüsü reallaşdırırlar. Bunun da həm iş mühiti, həm də işçilərin sosial rifahı baxımdan olduca müsbət təsirləri olur. 13-cü maaşın verilməsi şirkət və ya qurumun imkanlarına bağlı olur. Əgər büdcə buna imkan verirsə, işçilərin motivasiyası baxımdan belə bir praktika tətbiq olunur”.

Qeyd edək ki, işçilərə il ərzində göstərdikləri əməyə görə əlavə mükafat verilməsi onların motivasiyasını artırır. Belə bonuslar işçilərin şirkətdə qalma istəyini və təşkilata bağlılığını gücləndirə bilər. İlin sonunda əlavə ödəniş ailələrin bayram xərclərini qarşılamağa və sosial rifahı artırmağa kömək edir. banket.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar