Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Meydan TV işi üzrə məhkəmə başladı

Tarix: 12-12-2025 11:58     Baxış: 336 A- / A+
Meydan TV işi üzrə məhkəmə başladıBakı Jurnalistika Məktəbinin (BJM) direktor müavini Ülvi Tahirov, Meydan TV-nin baş redaktoru Aynur Qəmbərova, jurnalistləri Natiq Cavadlı, Aytac Tapdıq, Aysel Umudova, Ülviyyə Quliyeva, Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə, həmçinin müstəqil jurnalist Nurlan Qəhrəman, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev, foto-müxbir Əhməd Muxtarın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Manevr.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsndə hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.
Dövlət ittihamını Baş Prokurorluğun dövlət ittihamı idarəsinin Ağır Cinayətlər üzrə prokuroru Elgin Qafarov təmsil edir.
Hazırda proses davam edir.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Meydan TV əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.
Daha sonra isə 2025-ci ilin fevralın fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.
Fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də isə Ülviyyə Əli saxlanılıblar.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.
Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.
Mühakimə olunan şəxslərin hər biri ittihamları qəbul etmir, onlar özlərini təqsirli bilməyiblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar