Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan universitetlərində ödənişli təhsil LƏĞV OLUNUR?

Tarix: 11-12-2025 23:28     Baxış: 359 A- / A+

2026-cı ildən etibarən Gürcüstanın dövlət universitetlərində bütün tələbələrin təhsili dövlət tərəfindən tam şəkildə maliyyələşdiriləcək.

Yəni, dövlət universitetlərində təhsil tam pulsuz olacaq.

Qonşu ölkədə atılan bu addım təkcə orada yox, Azərbaycanda da müzakirə yaradıb. Bir çox insan, xüsusilə abituriyent Azərbaycan universitetlərində də belə bir addımın atılmasının tərəfdarıdır.

Bəs görəsən, mümkündür? Azərbaycan təhsilində tam dövlət sifarişli təhsilə keçid üçün imkan varmı?

Təhsil eksperti Elşən Qafarov deyib ki, artıq biz də bu sistemə doğru gedirik:


"Ali təhsilin pulsuz olması təkcə Gürcüstanda yox, bir çox ölkədə tətbiq olunur. Biz də o sistemə doğru gedirik. 24 oktyabr 2013-cü ildə ölkə başçısının 13 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında" da qeyd olunub ki, Azərbaycanda da təhsil dövlət hesabına həyata keçirilsin. Keçən  müddət ərzində  ölkədə ödənişli təhsilin dövlət hesabına təhsillə əvəz olunması ilə bağlı böyük işlər görülüb. Məsələn, 5 il öncə 100 tələbədən 79-u ödənişli təhsil alırdısa, hazırda bu rəqəm 40-ın altındadır".

"Ödənişli təhsil tarixə qovuşacaq".

"Həmçinin  ödənişli təhsil alanlar üçün Təhsil Tələbə Kredit Fondu təsis edilib. Burada həm standart, həm sosial istiqamətlər üzrə ödənişli təhsil alan tələbələrin böyük hissəsi yararlana bilirlər. Yaxın gələcəkdə Azərbaycanda da ödənişli təhsilin tamamilə dövlət sifarişli təhsillə əvəzlənəcəyi gözlənilir. Bu istiqamətdə ciddi işlər görülməyə davam edir. Yaxın zamanda ödənişli təhsil anlayışı tarixə qovuşacaq"-,deyə Elşən Qafarov bildirib. bizim.media

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar