Xəbər lenti
Paşinyanı erməni dilində salamlayan azərbaycanlı səfirdən AÇIQLAMA
Bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bildirib.
Diplomat həmçinin çıxışında Vaşinqtonda əldə olunmuş razılaşmalara tam şəkildə əməl olunmasının, xüsusilə Zəngəzur dəhlizinin açılmasının və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılmasının vacibliyini qeyd etdiyini vurğulayıb:
“Sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasına müvafiq dəyişikliklərin edilməsinin zəruriliyini diqqətə çatdırdım. Sülhün rəmzi və təzahürü olaraq, Ermənistan baş nazirini ermənicə salamladım. Erməni səfirlərinə də müraciət edərək onları Azərbaycan dilində kəlmələr öyrənməyə və azərbaycanlılarla rastlaşarkən bu kəlmələrdən istifadə etməyə çağırıram. Davamlı sülh və barışıq həm də bir-birinin dilinə və mədəniyyətinə hörməti özündə ehtiva edir. Öz ərazi bütövlüyünü və suverenliyini, eləcə də tarixi ədaləti tam şəkildə bərpa etmiş Azərbaycan yüksək mənəvi dəyərlərə sahib sülhpərvər dövlət olduğunu hər gün bir daha bütün dünyaya sübut edir və bundan sonra da edəcək”. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































