Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyanı erməni dilində salamlayan azərbaycanlı səfirdən AÇIQLAMA

Tarix: 10-12-2025 21:40     Baxış: 366 A- / A+
“Dünən Berlində DGAP təşkilatında Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən tədbirə qatıldım. Çıxışlardan sonra mənə söz verildi. Regionda baş verən sülh və transformasiyadan, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı olmasından danışdım”.

Bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bildirib.
WhatsApp Image 2025-12-10 at 14.44.11.jpeg (139 KB)
Diplomat həmçinin çıxışında Vaşinqtonda əldə olunmuş razılaşmalara tam şəkildə əməl olunmasının, xüsusilə Zəngəzur dəhlizinin açılmasının və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılmasının vacibliyini qeyd etdiyini vurğulayıb:

“Sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasına müvafiq dəyişikliklərin edilməsinin zəruriliyini diqqətə çatdırdım. Sülhün rəmzi və təzahürü olaraq, Ermənistan baş nazirini ermənicə salamladım. Erməni səfirlərinə də müraciət edərək onları Azərbaycan dilində kəlmələr öyrənməyə və azərbaycanlılarla rastlaşarkən bu kəlmələrdən istifadə etməyə çağırıram. Davamlı sülh və barışıq həm də bir-birinin dilinə və mədəniyyətinə hörməti özündə ehtiva edir. Öz ərazi bütövlüyünü və suverenliyini, eləcə də tarixi ədaləti tam şəkildə bərpa etmiş Azərbaycan yüksək mənəvi dəyərlərə sahib sülhpərvər dövlət olduğunu hər gün bir daha bütün dünyaya sübut edir və bundan sonra da edəcək”. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar