Xəbər lenti
Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye

Manevr.az Rövşən İsmayılovun dosyesini təqdim edir:
O, 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirən Rövşən İsmayılov 1994-cü ildən BDU-nun Konstitusiya hüququ kafedrasının müəllimi, 2006-cı ildən dosenti olub.
1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü kimi fəaliyyət göstərib.
R.İsmayılov 2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi işinin mövzusu "Azərbaycan Vətəndaşlıq İnstitutu" olub.
1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olub.
1997-ci ilin fevralından 2003-cü ilə kimi Xəzər Universitetində müəllim işləyib.
2002-ci ilin fevral-iyun aylarında ABŞ-ın İndiana Universitetində elmi məzuniyyətdə olub.
2005-ci ilin yanvar-avqust aylarında Fulbrayt proqramı üzrə ABŞ-ın İndiana Universitetində elmi tədqiqat aparıb.
2006-cı ilin fevral ayında Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunub. 2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olub.
22 iyun 2010-cu ildə Prezidentin təqdimatı əsasında Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































