Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Əmək Məcəlləsinə nəzərdə tutulan bu dəyişiklik sui-istifadəyə yol açır - Deputat

Tarix: 10-12-2025 14:56     Baxış: 335 A- / A+
Əmək Məcəlləsinə nəzərdə tutulan bu dəyişiklik sui-istifadəyə yol açır - Deputat
“Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz bağlanır. Amma məcəllənin 47-ci maddəsində istisnalar var ki, bu da bir sıra hallarda işəgötürənlər üçün sui-istifadəyə yol aça bilir. Məsələn, həmin istisnalardan biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əsasında müddətli müqavilələrin bağlanmasıdır”.
Manevr.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
Deputat hesab edir ki, bu nəinki özəl, həmçinin bir sıra hallarda bəzi dövlət qurumlarında müddətli müqavilələrə üstünlük verməsinə səbəb olur: “Bu da işçilərin əmək hüquqlarının daha yaxından qorunmasında müəyyən çətinliklər yaradır. Nəticədə işəgötürən hətta məsul vəzifələrə belə işçini müddətli əmək müqaviləsi ilə cəlb edir və daha sonra onu bir sıra hallarda asanlıqla işdən azad edir”.
Deputat əlavə edib ki, hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 min nəfərdir: “Onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 36,3 %-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 64 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 64-i müqavilə olmadan işləyir”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar