Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Ötən ay ən çox ucuzlaşan və bahalaşan məhsullar

Tarix: 10-12-2025 13:29     Baxış: 439 A- / A+
Noyabr ayı üzrə qiyməti artan və azalan qida və qeyri-qida məhsulları açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ay əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, südün, yumurtanın, armudun, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, soğanın, kartofun, qara və yaşıl çayın, alkoqollu içkilərin, ucuzlaşma isə makaronun, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, ağ kələmin, göyərtinin, balqabağın, lobyanın, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Yumurta 4,6 faiz, tərəvəz 1,5 faiz, qənd, cem, bal və şokolad, çay, qəhvə və kakaonun qiyməti isə 0,4 faiz bahalaşıb. Alkaqollu içkilər 1,3 faiz, süd məhsulları 0,3 faiz ət, balıq və çörək məmulatları isə 0,1 faiz bahalaşıb.
Ucuzlaşma isə meyvələrin qiymətində müşahidə edilib. Belə ki, ötən ay meyvələrin qiyməti 1,3 faiz, eyni zamanda, mineral sular, sərinləşdirici içkilər və şirələrin qiymətləri də 0,2 faiz ucuzlaşıb.
Ötən ay qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artıb. Noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Manevr.az








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar