Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cəza istənilib

Tarix: 09-12-2025 20:09     Baxış: 345 A- / A+


Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Manevr.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadəsi elan olunub.
Daha sonra cinayət işi üzrə sənədlər tədqiq edilib. Eyni zamanda, cinayət işinə əlavə edilmiş videogörüntü prosesdə nümayiş edilib.
Müdafiə tərəfi videogörüntülərdəki danışıqların linqivistik ekspertizaya verilməsi barədə vəsatət verib.
Dövlət ittihamçısı vəsatətə etiraz edib.
Zərərçəkmiş tərəf qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını, təqsirləndirilən şəxsləri bağışladıqlarını bildirib.
Vəsatət təmin edilməyib. Bununla da məhkəmə istintaqı yekunlaşıb.
Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror hər üç təqsirləndirilənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini və cəzadan sonra ölkədən məcburi çıxarılmalarını istəyib.
Zərərçəkən tərəfin nümayəndələri təqsirləndirilən şəxslərin səhvlərini anladıqlarını əsas gətirərək şikayətçi olmadıqlarını və onları bağışladıqlarını bildirib.
Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti prosesi 16 dekabrda keçiriləcək.     
Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar