Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Kəbəyə getmək istəyənlərin nəzərinə - Yeni qadağa qüvvəyə minir

Tarix: 09-12-2025 10:27     Baxış: 384 A- / A+
Kəbəyə getmək istəyənlərin nəzərinə - Yeni qadağa qüvvəyə minir
Səudiyyə Ərəbistanı 2026 Həcc mövsümü öncəsi mühüm qərar qəbul edib. Məlumata görə, Kəbənin yerləşdiyi Məscidül-Həramda və Mədinədəki Məscidün-Nəbəvinin bütün ərazilərində foto və video çəkilişi rəsmi olaraq qadağan olunur. Qərarın məqsədi ziyarətçilərin məhrəmiyyətini qorumaq və ibadət zamanı mənəvi sükunəti təmin etməkdir.
Manevr.az xəbər verir ki, Səudiyyə rəhbərliyi bildirib ki, qadağa müqəddəs məkanların hörmətini qorumaq və ibadət edənlərin diqqətinin dağılmasının qarşısını almaq üçün tətbiq edilir. Yeni qaydalara əsasən Məscidül-Həramın və Məscidün-Nəbəvinin istisnasız bütün hissələrində foto və video çəkmək qadağandır.
Qaydanı pozan ziyarətçilər barəsində inzibati tədbir görüləcək.
İcazəsiz çəkiliş üçün istifadə olunan cihazlar müsadirə olunacaq.
Qayda pozuntusu ilə bağlı hüquqi prosedur da işə düşəcək.
Bu qərar 2026-cı il Həcc mövsümü başlamadan tətbiq olunmağa başlayacaq və bütün ziyarətçilərin buna riayət etməsi tələb olunur.
Səudiyyə Ərəbistanı açıqlamasında vurğulayıb ki, bu addım həm ibadətin ruhani atmosferini qorumağa, həm də ziyarətçilərin fərdi məxfiliyini təmin etməyə xidmət edir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar