Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Tarix: 09-12-2025 10:10     Baxış: 388 A- / A+
AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildiAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “AEM Elektron” MMC və “Foodini” MMC barəsində tərtib olunmuş inzibati protokollar məhkəmə tərəfindən ləğv edilib.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, AYNA hər iki şirkətin yük avtomobillərini idarə edən sürücülərinin reysqabağı tibbi müayinədən keçmədiyini iddia edərək İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə 2 min manat cərimə tətbiq etmişdi.
Xətai Rayon Məhkəməsi “AEM Elektron” MMC-ni, Səbail Rayon Məhkəməsi isə “Foodini” MMC-ni həmin maddə ilə təqsirli bilərək cərimə qərarı qəbul etmişdi.
Hər iki şirkət protokolların və məhkəmə qərarlarının əsassız olduğunu bildirərək apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin edərək hər iki qərarı ləğv edib.
Qeyd olunub ki, şirkətlər öz nəqliyyat vasitələri ilə işçilərin və ya yüklərin daşınmasını öz hesabına həyata keçirən hüquqi şəxslər olduqlarından, İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə inzibati xəta subyekti hesab edilə bilməzlər.
Nəticədə AYNA tərəfindən tərtib edilən cərimələr tamamilə qüvvədən düşüb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar