Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Selektiv mutizm və onunla mübarizə

Tarix: 08-12-2025 21:04     Baxış: 463 A- / A+
Ağır psixi-sosial xəstəlik olan selektiv mutizm zamanı xəstə bəzi sosial toplumlarda, məsələn, məktəbdə və ya qonaqlıqda danışmaqdan imtina edir, daha dəqiq ifadə etsək, danışa bilmir. Ailədə və dostlarının əhatəsində isə rahatlıqla ünsiyyətə girir. Həmin psixologiya daha çox uşaq yaşlarında rast gəlinir və onların danışıq aparatında heç bir qüsur olmur. Xəstə sadəcə danışmaqdan imtina etmir, əksinə danışmaq istəsə də, bunu bacarmır və sözlərin qırtlaqda “donub qaldığını” hiss edir. Zaman keçdikcə mutizmli uşaqlar həmin situasiyanın yaranmasına səbəb olan halları əvvəlcədən hiss edir və ondan qaçmağa çalışır.

Bu barədə Manevr.az-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Sona Əliyeva məlumat verib.
Onun dediyinə görə, selektiv mutizm təxminən hər 150 uşaqdan birində rast gəlinən psixi vəziyyətdir. Həmin hal daha erkən yaşlardan inkişaf etsə də, uşaq bağçaya və məktəbə gedən vaxt üzə çıxır. Adətən uşaq bir neçə ayda vəziyyətdən çıxır, lakin müalicə olunmayanda yetkin yaşlarda da davam edir: “Selektiv mutizmli uşaqların müxtəlif qorxuları və sıxıntıları olur. Onlar həmsöhbətinin gözlərinə baxmaqda çətinlik çəkir, ətrafdakıların nəzərində əsəbi, hədsiz utancaq və qorxaq, çox ciddi, tərs və ya isterik, bəzən də tormozlanmış kimi təəssürat yaradır. Mutizmli uşaqlar daha çox jestlərlə ünsiyyət saxlayır, hər hansı suala cavab verərkən başını və çiyinlərini tərpədir, bəzən bir-iki qırıq kəlmə ilə reaksiya verir, səsini dəyişdirərək və ya pıçıltı ilə danışır. Selektiv mutizmin səbəbini hər zaman aydınlaşdırmaq olmur, lakin narahatlıq və həyəcan halı çox vaxt irsən ailə üzvlərindən keçir. Bəzi uşaqlarda inteqrasiyanın sensor disfunksiyası adlandırılan hal aşkar olunur və onlar güclü küy və gurultu kimi bəzi səsləri dərhal qəbul etməkdə çətinlik çəkirlər. Onlar səs-küylü yerdə gərginlik keçirir və danışa bilmirlər. Uşaqlara qarşı sərt davranış və psixoloji travmaların mutizmin yaranmasında birbaşa rolu sübut olunmayıb, lakin bəzi uşaqlarda xəstəlik məhz həmin hallardan sonra meydana çıxır. Mutizm haqqında ən geniş yayılan yanlışlıq uşaqlarda danışıq istəyinin olmamasının autizmlə əlaqələndirilməsidir. Mutizm və autizm tamamilə müxtəlif təbiətli xəstəliklərdir, lakin eyni uşaqda həmin psixoloji pozuntuların hər ikisinə rast gəlinə bilər”.

Xəstəliyin müalicəsi barədə məlumat verən  psixoloq deyib: “Müalicə xəstəlik üzərində dayanmaqla deyil, uşağın cəmiyyətlə ünsiyyət zamanı hiss etdiyi həyəcanı aradan qaldırmaqla aparılmalıdır. Müalicənin gedişində uşağın vəziyyətinə görə qayğılı və həyəcanlı olduğunu ona hiss etdirməmək, özünü hazır hiss edəndə danışacağına inandırmaq, hər yerdə sevincdən zövq almağı ona öyrətmək, onu bütün səylərinə görə tərifləmək və qrup oyunlarına qoşulmağa təhrik etmək, əvvəlcə danışıb sonra susanda təəccüblənməmək lazımdır. Müalicədə ən səmərəli koqnitiv davranış terapiyası üsulu arzu olunan davranışın möhkəmlənməsinə və arzu olunmayanın kənarlaşdırılmasına yönəldilir. Bu müalicə mutizmli xəstələrə özləri, ətrafdakılar və həyat haqqında nə düşündükləri və həmin düşüncələrin onların fikir və hisslərinə təsiri üzərində dayanmağa kömək edir”.
Müalicəni sürətləndirmək və həyəcanlı halı aradan qaldırmaq üçün antidepressant təsirli dərman və bitkilərdən istifadə olunur. Bir neçə ay dazıotu dəmləməsinin qəbul edilməsi yaxşı səmərə verir.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar