Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Hərbi xidmətə yararsız olanlar müalicə olunacaqlar

Tarix: 08-12-2025 17:25     Baxış: 372 A- / A+
Hərbi xidmətə yararsız olanlar müalicə olunacaqlar
Baş nazir Əli Əsədovun imzaladığı "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə dəyişikliklərə əsasən, çağırış yaşlı gənc "hərbi xidmətə müvəqqəti yararsız" hesab olunarsa, artıq o, tibb müəssisələrində mütləq qaydada müalicəyə cəlb ediləcək.
Bu istiqamətdə prosedurların necə olacağı suallar doğurur.
Manevr.az xəbər verir ki, modern.az-a açqılamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə dəyişikliklər ilk növbədə Azərbaycan gənclərinin sağlamlığının təmin olunması istiqamətində atılan müsbət addım kimi dəyərləndirilir:
"Bu, həm də bəzi çağırışçıların hərbi xidmətdən müxtəlif xəstəliklər adı altında uzun müddət yayınmasının qarşısını alacaq. İlkin müayinə zamanı aşkar olunan xəstəliklər mütləq qaydada müalicə olunacaq. Müalicədən sonra gənclərimiz vətənin keşiyində durmaq üçün orduya göndəriləcək və onlar da öz vətəndaşlıq borclarını yerinə yetirmiş olacaqlar".
Ekspert vurğulayıb ki, bu qərar gənclərimizin sağlamlıq əldə etməsi ilə yanaşı, həm də ordumuzun daha yüksək dərəcədə komplektləşdirilməsinə gətirib çıxaracaq.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar