Xəbər lenti
Deputatdan təklif: Dövlət qurumu yaradılmalıdır

“Azərbaycan dilini dövlət dili kimi ifadə etmək düzgün deyil. Azərbaycanda başqa dövlət dili ola bilməz. Biz ancaq dilin inkişaf strategiyasından danışmalıyıq. Daha dövlət dili və ya qeyri-dövlət dili anlayışı yoxdur”.
Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
O əlavə edib ki, hansısa imperiya asılılığında olan və ya dövlət dilini müəyyən etməkdə çətinlik yarananda termindən istifadə oluna bilər.
Deputat təklif edib ki, Azərbaycan dilinin ən geniş formada inkişaf etdirilməsi zəruridir. “Bu, Azərbaycan dilinin izahlı lüğəti ola bilər. Bu, bircə dəfə ötən əsrin 60-cı illərində tərtib olunub. Müstəqillik dövründə isə latın əlifbasına keçidlə bağlı təkrar çap edilib.
Digər təklif isə ondan ibarətdir ki, dilin inkişafı üçün xüsusi dil qurumu yaradılmalıdır. Bura peşəkarlar cəlb edilməli və iş aparılmalıdır.
Növbəti diqqət yetirəcəyim məsələ tərcümə ilə bağlıdır. Çünki tərcümə bərbad vəziyyətdədir. Bu sahə inkişaf etdirilməlidir”, - deputat vurğulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































