Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

Deputatdan təklif: Dövlət qurumu yaradılmalıdır

Tarix: 08-12-2025 13:53     Baxış: 333 A- / A+
Deputatdan təklif: Dövlət qurumu yaradılmalıdır
“Azərbaycan dilini dövlət dili kimi ifadə etmək düzgün deyil. Azərbaycanda başqa dövlət dili ola bilməz. Biz ancaq dilin inkişaf strategiyasından danışmalıyıq. Daha dövlət dili və ya qeyri-dövlət dili anlayışı yoxdur”.
Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
O əlavə edib ki, hansısa imperiya asılılığında olan və ya dövlət dilini müəyyən etməkdə çətinlik yarananda termindən istifadə oluna bilər. 
Deputat  təklif edib ki, Azərbaycan dilinin ən geniş formada inkişaf etdirilməsi  zəruridir. “Bu, Azərbaycan dilinin izahlı lüğəti ola bilər. Bu, bircə dəfə ötən əsrin 60-cı illərində tərtib olunub. Müstəqillik dövründə isə latın əlifbasına keçidlə bağlı təkrar çap edilib.  
Digər təklif isə ondan ibarətdir ki, dilin inkişafı üçün xüsusi dil qurumu yaradılmalıdır. Bura peşəkarlar cəlb edilməli və iş aparılmalıdır. 
Növbəti diqqət yetirəcəyim məsələ tərcümə ilə bağlıdır. Çünki tərcümə bərbad vəziyyətdədir. Bu sahə inkişaf etdirilməlidir”, - deputat vurğulayıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar