Xəbər lenti
"Ehtiyat zabit hazırlığı kursu"na qəbul elan edildi

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Ehtiyat zabit hazırlığı kursu"na ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş 35 yaşınadək kişilər müraciət edə bilərlər.
Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir və Hərbi Həkim Komissiyasının qərarına əsasən zabitlərin həqiqi hərbi xidmətinə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.
Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi və ixtisas uyğunluğu nəzərə alınmaqla kursa qəbul edilirlər.
mmu.edu.az saytının "Təhsil müəssisələrinə qəbul" bölməsindəki "Ehtiyat zabit hazırlığı kursu" hissəsində hərbi uçot ixtisaslarının ali təhsil ixtisaslarına uyğunluğu barədə ətraflı məlumat əldə etmək mümkündür.
Tələb olunan sənədlərə kursa qəbul olunmaq barədə ərizə, anket forması, tərcümeyi-hal (1 nüsxədə), təhsil haqqında sənədin surəti (1 nüsxədə), xarici dövlətlərdə təhsil almış namizədlərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənədin notarial qaydada təsdiq edilmiş surəti, doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə), yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə), əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.), şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə), sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə), nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə), həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə), rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm və 1 ədəd 9x12 sm), hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə), psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar aiddir.
Qeyd edək ki, məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































