Xəbər lenti
Saxlanılan AXCP-çilərın hamısı azad edildi
Ötən gün günorta saatlarında AXCP sədri Əli Kərimlinin apellyasiya şikayəti əsasında keçirilən məhkəmə prosesindən öncə Apellyasiya Məhkəməsinin önünə toplaşan və ictimai qaydaları pozan AXCP üzvləri saxlanılıb.Bu barədə AXCP fəalları məlumat yayıb.
Bildirilib ki, 26-cı polis bölməsinə aparılan cəbhəçilərlə profilaktik söhbət aparıldıqdan sonra hamısı azad edilib.
Qeyd edək ki, Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətini təmin etməyib və ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Səbail Rayon Məhkəməsi Əli Kərimli barəsində 1 dekabrda istintaqın təqdimatı əsasında 2 ay 15 günlük həbs qətimkan tədbiri seçib. Ona qarşı CM-in 278.1-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsi) ittiham irəli sürülüb. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































