Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə türkləri qanunsuz işlədən biznesmen cərimələndi

Tarix: 05-12-2025 13:58     Baxış: 325 A- / A+
Xankəndidə türkləri qanunsuz işlədən biznesmen cərimələndiXankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, adı qeyd olunmayan MMC-lərdən biri 12 Türkiyə vətəndaşını Azərbaycanda yaşayış icazəsi olmadan işlədib.
MMC-nin icraçı direktoru Günel Əlizadə həmin işçilərin müxtəlif vəzifələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını yazılı izahatında bildirib. Həmçinin əcnəbilərin hər biri də öz izahatlarında bu faktı təsdiq ediblər.
Miqrasiya Məcəlləsinin 63.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Lakin qeyd olunan Türkiyə vətəndaşları üçün həmin icazə alınmayıb.
Buna görə də MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.2-ci (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması 3 və daha çox şəxs üçün törədildikdə) maddəsilə protokol tərtib olunub.
Xankəndi şəhər Məhkəməsinin qərarı ilə həmin şirkətə 30 min manat cərimə cəzası verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar