Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Füzulidə 22 hektarlıq mərkəzi park salınacaq

Tarix: 04-12-2025 18:38     Baxış: 333 A- / A+


İşğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə, o cümlədən Füzuli şəhərində yeni yaşıllıqların və parkların salınması istiqamətində də ciddi addımlar atılır. Belə layihələrdən biri də Füzuli şəhərində salınacaq mərkəzi parkdır.
Manevr.az xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında Qarabağ Dirçəliş Fondunun mətbuat katibi Babək Cahandarov bildirib.
O qeyd edib ki, Füzuli şəhərinin yeni Baş planına əsasən, 22,47 hektar ərazidə Mərkəzi parkın salınması nəzərdə tutulur: "Qarabağ Dirçəliş Fondunun sifarişi və maliyyə dəstəyi ilə salınacaq park kompleksi şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, ekoloji turizmin dəstəklənməsinə, eləcə də sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaq. Park ərazisində istirahət zonaları, multifunksional açıq yaşıllıq sahələri, iaşə zonaları, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, qaçış üçün cığırlar, velosiped yolları, amfiteatr, kafe-restoranlar və s. obyektlərin, eləcə də “Bayraq”, “Poeziya” və “Ürək” guşələrinin yaradılması, subartezian quyularının və elektrik şəbəkəsinin tikintisi planlaşdırılır. Eyni zamanda, parkda ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq Eldar şamı, Şərq çinarı, leylandr, italyan şamı, ağcaqayın, söyüd, zeytun kimi ağac növlərinin, həmçinin müxtəlif dekorativ kolların və çiçəklərin əkilməsi nəzərdə tutulur”.
Babək Cahandarov əlavə edib ki, mərkəzi parkın layihə-smeta sənədlərinin ekspertizadan keçirilməsi işləri başa çatmaq üzrədir.Tikinti işlərinə 2026-cı ilin ilk yarısında başlanması planlaşdırılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar