Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

AMEA prezidentindən Ramiz Mehdiyevlə bağlı açıqlama

Tarix: 04-12-2025 13:33     Baxış: 331 A- / A+
AMEA prezidentindən Ramiz Mehdiyevlə bağlı açıqlama
Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevlə bağlı yaranmış vəziyyətə görə dərin təəssüf hissi keçirir.
Manevr.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
İsa Həbibbəyli bildirib ki, məhkəmə qərarından sonra Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar