Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

İcbari sığorta: 2011-ci ildə təyin edilən limit hələ də qalır

Tarix: 03-12-2025 09:11     Baxış: 365 A- / A+
İcbari sığorta: 2011-ci ildə təyin edilən limit hələ də qalırİcbari Avtomobil Sığortasında hadisə başına 5 min manat ödəniş limiti bugünkü bahalaşma fonunda bir çox hallarda zərərçəkmişlər arasında narazılıq yaradır. Avtomobil detallarının və təmir xərclərinin kəskin bahalaşdığı bir vaxtda 2011-ci ildən qalan limit real zərəri qarşılamır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında sığorta eksperti İlkin Nəcəfov mövcud sistemdəki uyğunsuzluqlar barədə danışarkən deyib.
Onun sözlərinə görə, məsələ yalnız limitin artırılması ilə bitmir, çünki bunun sığorta haqqına da təsiri olacaq:
“Limit artırılırsa, deməli, sığorta haqqı da artırılmalıdır. Azərbaycanda artıq bir neçə ildir ki, risk əsaslı sığorta sisteminə keçilib. Bonus-malus sistemi müxtəlif amillər əsasında formalaşır. Bir nəfər üçün 75 manat hesablanırsa, riskli sürücü üçün nəzəri olaraq bu məbləğ 750 manata qədər qalxa bilər”.
Ekspert bildirib ki, hazırda riskli sürücülərdə, xüsusilə taksi fəaliyyəti göstərən “Prius” sahiblərində sığorta haqları 700–1000 manata qədər yüksəldiyi üçün onlar çox vaxt sığortalanmaqdan imtina edirlər:
“Elə sürücülər var ki, sığorta haqqının bahalığına görə 20 gündən bir 50 manat cəriməni ödəməyi sığorta almaqdan daha sərfəli hesab edirlər”.
Nəcəfov əlavə edib ki, baza qiymətinin artırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar