Sizin Reklam Burada
Xəbər lenti
02-12-2025
01-12-2025
BÜTÜN XƏBƏRLƏR

"Bakı Metropoliteni"ndə işçilərin ixtisarına başlanıldı - Foto

Tarix: 02-12-2025 12:30     Baxış: 334 A- / A+
"Bakı Metropoliteni"ndə işçilərin ixtisarına başlanıldı - FotoBakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində ixtisarlar aparılır.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, depo və qatarların yuyulmasından məsul olan işçilərdən öz ərizələri ilə işdən çıxmaq tələb edilir.
Mənbənin sözlərinə görə, bu ilin yayında qurum daxilində ilk əvvəl iş saatının 8 saatlıq rejimə keçidi, bir qədər sonra isə ixtisarlar olacağı ilə bağlı məlumatlar yayılıb:
"Öz ərizəsi ilə işdən çıxarılan əməkdaşlara "Bakı Metropoliteni"nin başqa bir şirkətin idarəçiliyinə verildiyi bildirilir. Bu səbəbdən də işçilərin sayının azaldıldığı deyilir. Xüsusilə 50 yaşdan yuxarı əməkdaşlar işdən çıxarılır".
İddia olunur ki, ixtisarlar dekabrın 4-dən başlayacaq. Məsələ ilə bağlı qurum tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Onu da qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarına olan məlumatlara əsasən metro işçilərinin orta aylıq maaşı 1 241,5 manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrünə nisbətən 96,8 manat və ya 8,5% çox idi. Ötən ilin yanvarında isə işçilər "Bakı Metropoliteni” rəhbərliyinin əməkhaqqı artımlarını ödəməməkdə günahlandırmışdılar.
Nəzərə çatdıraq ki, metroda gediş haqqı 60 qəpik təşkil edir. Sərnişin sayına görə (yanvar-oktyabr aylarında 184 513,6 nəfər) ən çox istifadə edilən nəqliyyat növü ölmasına baxmayaraq, “Bakı Metropoliteni” illərdir sərnişindaşıma xidmətinin maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin ödənilməsi məqsədilə büdcədən vəsait alır. 2026-cı il üçün quruma 40 milyon manat subsidiyanəzərdə tutulub. Bu göstərici 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya 44,6 faiz çoxdur. Bu ilin büdcəsində Bakı Metropoliteni QSC-yə 2024-cü illə müqayisədə 44,7% az 27,7 milyon manat subsidiya proqnozlaşdırılıb. Belə ki, 2024-cü ildə dövlət büdcəsindən 50 milyon manat ayrılmışdı. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 30,2 % çoxdur.
"Bakı Metropoliteni"nində sərnişindaşımada qiymət artımından sonra bu qurumun gəlirləri artıb. Bakıda yeganə metro operatoru olan Bakı Metropoliteni QSC 2024-cü ildə 100.44 milyon manat gəlir əldə edib.Həmin ildə gediş haqqı 50 qəpiyə qaldırılmışdı. Metro ilə 229.58 milyon sərnişin daşınmaqla illik 4.6 faiz illik artıma nail olunmuşdu.
Xatırladaq ki, Bakı Metropoliteni QSC 2021-ci ildən bu tərəfə rəsmi internet səhisəsində illik audit hesabatlarını dərc etmir. 1 yanvar 2022-ci il tarixinə dövlət şirkətinin balansında 565 milyon manat həcmində illərin yığılmış zərəri vardı.

Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar