Sizin Reklam Burada
Xəbər lenti
02-12-2025
01-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərin pensiyaları artacaq

Tarix: 02-12-2025 09:15     Baxış: 332 A- / A+
Son dəyişikliklər pensiyaların təyin edilməsi, hesablanması, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi prosesini daha çevik və rəqəmsal edib. İndi pensiya təyinatı, yenidən hesablanma və növ dəyişməsi qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə qəbul edilə və onlayn təqdimat rəsmi qərar kimi sayılır. Bu, pensiyaçıların müraciət prosesini sadələşdirir və kağız işini azaldır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli əmək pensiyalarının təyin edilməsi qaydasının dəyişməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, yenidən hesablanma və növ dəyişmə mexanizmi staj və hüquq dəyişiklikləri zamanı pensiyanın artırılmasına imkan verir:
“Xüsusi kateqoriyalı şəxslər, məsələn, hərbi qulluqçular və güzəştli şərtlərlə pensiya alanlar üçün hesablamada yeni yanaşmalar tətbiq olunur. Bu, bəzi pensiyaçıların aylıq ödənişlərinin artmasına səbəb ola bilər.
Pensiya yaşı dəyişmir və əsas hesablanma prinsipləri - sığorta stajı və pensiya kapitalı qalır. Dəyişikliklər əsasən prosedurların rəqəmsallaşdırılması, yenidən hesablanma imkanlarının artırılması və xüsusi kateqoriyalı şəxslər üçün hesablamanın daha ədalətli olması ilə bağlıdır. Nəticədə pensiya sistemi daha şəffaf və əlçatan olur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar