Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu qadağa qüvvəyə minir

Tarix: 01-12-2025 22:42     Baxış: 354 A- / A+
Ölkə ərazisində oktyabrın 10-dan açıq elan olunmuş ov mövsümü başa çatıb.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

O qeyd edib ki, bu gündən etibarən ölkə ərazisində ov edilməsi qadağan olunur:

“Alim və mütəxəssislərlə birgə aparılan mütəmadi monitorinqlərin nəticələrinə əsasən, son illər müşahidə edilən qlobal iqlim dəyişiklikləri ölkəmizin faunasına da təsir göstərdiyindən ov mövsümünün məhdudlaşdırılması zərurəti yaranıb. Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama və yuvalama yerlərinin, həmçinin bir sıra növlərin miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub. Qeyd olunanlar nəzərə alınaraq, hazırda təbiətdə gedən proseslər izlənilir və nəticələrdən asılı olaraq, ov mövsümünün yenidən açılıb-açılmaması məsələsinə baxılacaq”.

Xidmət rəsmisi ov mövsümünün bağlı olduğu müddətdə vətəndaşları qanunvericiliyin tələblərinə əməl etməyə və qanunsuz ovdan çəkinməyə çağırıb. banket.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar