Sizin Reklam Burada
Xəbər lenti
01-12-2025
30-11-2025
BÜTÜN XƏBƏRLƏR

Uşaqlarda tək qalmaq qorxusu və psixoloji travma

Tarix: 01-12-2025 15:02     Baxış: 326 A- / A+
   Təklik qorxusu nəinki kiçik yaşlı uşaqlarda, hətta sonrakı yaşlarda  da müşahidə olunan problemlərdəndir.  Həmin problemdən necə xilas olmaq mümkündür? 
`    Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Günəş Əfəndiyevanın Manevr.az-a verdiyi məlumata görə, burada ilk diqqət ediləsi məqam həmin halların uşaqda nə zamandan etibarən başlamasıdır: “Yəni, əgər uşaqda bu proses kiçik yaşlardan deyil, müəyyən yaşdan sonra müşahidə edilirsə, burada çox güman ki, travma faktoru vardır. Məsələn: uşaq hansısa bir hadisədən və ya baxdığı qorxulu filmdən, danışılan əhvalatdan təsirlənə, kimdənsə qorxa bilər və bu, onun psixologiyasını zədələyərək orada travma kimi qala bilər. Belə situasiyada uşaqlar həyəcan və təşviş keçirir və həmin vaxt yanlarında kiminsə olmasını istəyirlər, Həmin vaxt tək qalmamaq həm də onlarda özünə inam hissini müəyyən qədər də olsa artırmağa kömək edir. Çox vaxt həmin hal tək yata bilməməkdə də özünü göstərir.Tək yata bilməyən, yuxu görərkən  qorxan, ağlayaraq ayılıb ata-anasını səsləyən uşaqlar olur. Bundan başqa daim  mənfi hadisələr barədə danışan, nevrotik, təlaşlı, obsessiyaları olan, övladını daima hər şeydən qorumağa çalışan, qərarları onun adından qəbul edən, həssas, həddindən artıq qoruyucu və s. kimi valideynlərin övladlarında da belə qorxu halları tez-tez müşahidə edilir”.
    
Psixoloqun dediyinə görə, həmin uşaqlar sonrakı illərdə bağça və məktəb həyatında müxtəlif problemlər yaşayır, düşdükləri mühitə uyğunlaşmaqda çətinlik çəkirlər. Ona görə  valideynlər də davranışlarını nəzərdən keçirməli və lazım gələrsə ailə terapiyasından keçmək lazımdır: “Övladlarında bu kimi hallar müşahidə edən valideynlər vaxtında müdaxilə etməli və övladı ilə bu barədə söhbət  apararaq qorxunun səbəbini öyrənməlidir. Proses davamlı təkrarlanırsa və valideyn bunun səbəbini aşkara çıxara bilmirsə, mütləq uşaq psixoloquna müraciət edilməlidir. Psixoloq seansları və psixoloqun vaxtında müdaxiləsi və dəstəyi nəticəsində problemin kökünü aramaq, həmin qorxuların üzərinə getmək və bir müddət sonra həmin problemi yoluna qoymaq mümkündür. Əks halda həmin problemlər  daha da pisləşə və gələcəkdə uşağın psixologiyasında xoşagəlməz izlər qoya bilər. 
    
Müsahibimiz daha sonra deyib: “Digər bir qrup uşaqlar da var ki, onlar da tək qalmağı sevmirlər. Onları qarışdırmaq olmaz. Valideyn-uşaq simbiozu olan uşaqlar da, hər zaman valideynləri ilə bir yerdə olmaq istəyir və tək qalmağı sevmirlər. Onlar da tək qalanda aqressivləşir, ağlayır və valideynlərini yanında görmək istəyirlər. Yəni, kiçik yaşlarından ata-atanın uşaqlarını simbiotik böyütməsi, öz yanlarından heç zaman ayırmaması, həddən artıq bağlılıq yaratmaları, qayğı göstərmələri və s. hallar valideyn-uşaq simbiozunun yaranmasına gətirib çıxarır. Bir çox əməliyyatlar keçirən, travma alan, gec dünyaya gələn və xroniki xəstəlikləri olan uşaqlarda simbiotik hallar daha çox müşahidə olunur. Olarda həm də özünə inam hissi zəif  olur. Ümumiyyətlə isə, 3-7 yaş arası simbiozu yoluna qoymaq kifayət qədər asandır. Lakin həmin yaşdan sonra  müraciət edənlərlə iş olduqca çətinləşir. Belə olanda psixoloq həm valideyn, həm də uşaqla işləməli, onları hər ikisi  -həm uşaq, həm də valideyn ailə psixoloqu tərəfindən müalicəyə cəlb edilməlidir”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar