Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Cəmil Həsənli DTX-ya çağırıldı

Tarix: 30-11-2025 14:59     Baxış: 477 A- / A+
Cəmil Həsənli DTX-ya çağırılıb
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ( DTX) davam edən cinayət işi üzrə Cəmil Həsənlinin şahid qismində dindirilməsi üçün DTX-ya çağırıldığı məlum olub.


Manevr.az-ın məlumatına görə, bu gün Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli həyat yoldaşı ilə birgə Azərbaycandan qaçmaq istəyib.

Cəmil Həsənli bildirib ki, o, bu gün "qızının ailəvi tədbiri ilə bağlı" həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib.

Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib.

Dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, daha sonra onlar DTX-da dindirilirlər.

Məlumata görə, proses Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb. Onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar