Xəbər lenti
Laçının bu iki kəndinin tikintisinə başlanılır

Manevr.az xəbər verir ki, bunu "MDB-nin mədəniyyət paytaxtı – 2025" ilinin bağlanış mərasimindən sonra Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq Yeni Qorçu qəsəbəsində də söküntü işlərinə başlanılıb: "Ümid edirik ki, növbəti ildən orada da tikinti prosesinə başlanılacaq".
Məsim Məmmədov Laçın şəhərində 2023-cü ildə təməli qoyulmuş yeni yaşayış məhəlləsinin də artıq layihələndirmə işlərinin başa çatdığını qeyd edib: "Növbəti ildə yeni yaşayış məhəllələrinin tikintisi planlaşdırılır. Həmçinin Laçın şəhərində yeni obyektlərin istifadəyə verilməsi gözlənilir".
Xüsusi nümayəndə Güləbird kəndində bərpa-tikinti işlərinin davam etdiyini qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































