Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Aylıq 440 manat alimenti ödəməyən ana məhkəməyə verildi

Tarix: 29-11-2025 23:18     Baxış: 388 A- / A+
Aylıq 440 manat alimenti ödəməyən ana məhkəməyə verildiAğsuda atalarının himayəsində olan 4 övladına aliment ödəyə bilməyən ana məhkəməyə verilib.

Boşanma qərarına əsasən, Səbinə (şərti) dörd uşağına ümumilikdə aylıq 440 manat aliment ödəməlidir.

Lakin qadın uzun müddət bu öhdəliyi yerinə yetirməyib. Ərinin icra məmuruna şikayətindən sonra onun 6 390 manat aliment borcunun yarandığı müəyyən edilib.

Səbinə məhkəmədə deyib ki, alimenti qəsdən yox, imkansızlıqdan ödəyə bilmir. O, atalarının himayəsində olan dörd uşaqdan əlavə daha bir övladının olduğunu bildirib. Qadın deyib ki, həmin övladı ağır xəstəlikdən əziyyət çəkdiyindən qazancının böyük hissəsini onun müalicəsinə sərf edir.

İcra məmuru qadının öhdəliyi yerinə yetirmədiyi üçün inzibati qaydada həbs olunmasını tələb etsə də, məhkəmə başqa qərar qəbul edib. Aylıq 440 manat alimenti ödəyə bilməyən qadın 500 manat da cərimə olunub. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar