İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa çıxıb.
Manevr.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
Bildirilib ki, noyabrın 29-da F.Cəfərlinin həbs müddəti bitib və o, səhər saatlarında saxlandığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Hüquq müdafiəçisi artıq evindədir.
Xatırladaq ki, F.Cəfərli iyulun 29-da Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) ittiham olunurdu.
Ona qarşı iddianı Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, meyxanaçı Rəşad Dağlının vəkili olmuş Elvin Əliyev qaldırmışdı.
Xəbər lenti
Rəşad Dağlının vəkilinin şikayəti əsasında həbs edilən Fikrət Cəfərli azadlığa çıxdı

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.png)
Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































