Sizin Reklam Burada
Xəbər lenti
27-11-2025
26-11-2025
BÜTÜN XƏBƏRLƏR

“Sürücülərə deyiblər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin”

Tarix: 27-11-2025 22:04     Baxış: 438 A- / A+
suruculere-deyibler-ki-zengezur-dehliziniz-var-gedin-oradan-kecin
Azərbaycan səfirliyinin əməkdaşlarının Gürcüstanın müvafiq orqanlarının nümayəndələri ilə görüşündən sonra saxlanılan yük avtomobillərinin problemi həll olunmağa başlayıb.

Azərbaycana aid “TIR” sürücülərindən biri Pərvin Həsənov bildirib ki, hazırda keçid üçün hazırlıqlar aparılır və günün sonuna gömrüyü tərk edəcəyinə ümid edir. Sürücü bildirib ki, bu dəfə məsələ həll olunsa da, onlar mütəmadi olaraq belə problemlərlə qarşılaşırlar: “Mən tütün məmulatları daşıyıram. Şəkidən yükü Yunanıstana aparıram. Eyni adda yükü daşıyan Gürcüstana aid avtomobillər gömrüyü problemsiz keçirlər. Biz isə gömrükdə gecikmə səbəbindən Avropadakı müştərilərimizin narazılığı ilə üzləşirik”.

P.Həsənov deyib ki, onu heç bir səbəb göstərmədən 22 gün gömrükdə saxlayıblar. Onun sözlərinə görə, gömrükdə noyabrın 7-dən saxlanılıb və onunla birlikdə Azərbaycana aid 30-dan çox avtomobil sürücüsü eyni situasiya ilə qarşılaşıb:

“Sürücülər kimə yaxınlaşırlar, onlarla heç kim danışmır. Gömrük əməkdaşları kobud davranır və ümumiyyətlə ünsiyyət qurmurlar”.

Analoji problemlə qarşılaşan sürücü Balay Allahverdiyev onlardan əvvəl 70-ə yaxın avtomobilin geri qaytarıldığını deyib: “Həmin sürücülərə Gürcüstan tərəfi deyib ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin. Onları geri qaytarıblar və hazırda həmin sürücülər İran və ya Türkiyə ərazisindən keçid etməyə cəhd göstərirlər”.
Xatırladaq ki, Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri buraxılmırdı. Azərbaycanın Gürcüstandakı Səfirliyi bu məsələni nəzarətə götürüb və səfirliyin nümayəndələri Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüşlər keçiriblər. Danışıqlardan sonra qarşı tərəf məsələnin çox qısa zamanda tam həll olunacağına söz verib. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar