Sizin Reklam Burada
Xəbər lenti
26-11-2025
25-11-2025
BÜTÜN XƏBƏRLƏR

"Qaçqınkom" azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlərə ikiqat "çörəkpulu" verilməsi məsələsinə münasibət bildirib

Tarix: 26-11-2025 18:12     Baxış: 338 A- / A+

b

"Qaçqınkom" azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlərə ikiqat "çörəkpulu" verilməsi məsələsinə münasibət bildirib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlərə ikiqat "çörəkpulu" verilməsi məsələsinə münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, keçmiş məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin məbləği fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan və olmayan sıx müvəqqəti məskunlaşma yerlərindən asılı olaraq 33, yaxud 60 manat təşkil edir.
"Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilir. Bu halda keçmiş məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği 33 manat təşkil edir.
Hazırda fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrində yaşayan, eləcə də sonradan bu tip yaşayış sahələrinə köçürülənlər (bu köçürülmə işğaldan azad edilmiş ərazilərə olur) üçün bu məbləğ 60 manat təşkil edir.
Qeyd edək ki, bu məsələ, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi qaydası" Azərbaycan Respublikası Prezidentinin Fərmanına və ona edilən dəyişikliklər əsasında tənzimlənir", - cavabda vurğulanıb.
Qeyd edilib ki, sosial şəbəkələrdə azad edilmiş ərazilərə köçən məcburi köçkünlər onlara 3 il müddətinə ikiqat "çörəkpulu" verilməsi ilə bağlı məlumat paylaşıb.apa

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar