Sizin Reklam Burada
Xəbər lenti
25-11-2025
24-11-2025
BÜTÜN XƏBƏRLƏR

İrəvana gedən azərbaycanlılar Göy Məscidi niyə ziyarət etmədilər?

Tarix: 25-11-2025 23:07     Baxış: 321 A- / A+
İrəvana gedən azərbaycanlılar Göy Məscidi niyə ziyarət etmədilər?
21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.

Səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər. 

Bakıya gələn erməni ekspertlər şəhərin tarixi və müasir yerlərini, həmçinin erməni kilsəsini ziyarət ediblər.

Azərbaycan nümayəndə heyəti İrəvana səfər edərkən şəhərdə yerləşən tarixi Göy Məscidi ziyarət etməmiş, bu isə sosial mediada geniş suallar doğurmuşdu. 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov İrəvan səfəri ilə bağlı ictimai müzakirələrdə yer alan məsələyə aydınlıq gətirib.

Fərhad Məmmədov müsahibəsində bildirib ki, səfərlərin marşrutu və proqramı qəbul edən ölkə tərəfindən müəyyən edilir və qarşı tərəfə təqdim olunur.

Onun sözlərinə görə, İrəvana səfər zamanı təqdim edilən rəsmi proqramda Göy Məscidə baş çəkmək ümumiyyətlə nəzərdə tutulmamışdı:

“Biz isə Bakıda erməni kilsəsinə səfəri öz proqramımıza daxil etdik. Biz buna hazırıq".
Fərhad Məmmədov bildirib ki, Göy Məscidin idarə olunması hazırda İran tərəfindən həyata keçirilir:
“Onlar buna hazır deyillər hələ. Çünki Göy Məscid və onun idarə edilməsi İran tərəfindən həyata keçirilir.”

Ekspert qeyd edib ki, Azərbaycan tərəfi isə öz ərazisindəki erməni mədəni irsinin qorunmasını açıq şəkildə nümayiş etdirir və bunu prinsipial mövqe hesab edir:

“Azərbaycan ərazisində erməni kilsələri var və onlar qorunub saxlanılır. Orada 5000-dən çox erməni kitabı var. Ermənistanda isə Azərbaycan dilində bir kitab belə yoxdur.”

Məmmədovun fikrincə, Bakıda erməni kilsəsinin nümayəndə heyətinə göstərilməsi Azərbaycanın mədəniyyətə və dini irsə münasibətinin nümayişidir:

“Biz fərqliyik. Bizdə erməni kilsələri dağıdılmayıb, əksinə, qorunur. Onlar da bunu öz gözləri ilə gördülər.” modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar