Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Qazlı su içən qızlarda "bığ" çıxır" - Həkim

Tarix: 24-11-2025 23:08     Baxış: 375 A- / A+
"Qazlı su içən qızlarda "bığ" çıxır" - HəkimHəkim qızlarda və qadınlarda üz tüklərinin əsas səbəbini açıqlayıb.

Rusiyalı həkim Olqa Bratçikova bildirib ki, qızlarda üz tüklərinin çıxmasının əsas səbəbi düzgün olmayan qidalanma və hərəkətsiz həyat tərzi nəticəsində başlayan zəncirvari reaksiyadır.

"Həddindən artıq qazlı şirniyyat içkiləri, sadə karbohidratlar, fast-food və çox kalorili qidaların davamlı qəbulu orqanizm hüceyrələrinin insulini "eşitməməsinə" səbəb olur. İnsulin normalda qlükozanı hüceyrələrə daxil edərək enerji əldə etməyə kömək edir. Bu vəziyyət insulinə qarşı müqavimət (insulin rezistensiyası) adlanır. Qan şəkərini azaltmaq və müqaviməti "dözmək" üçün pankreas çox miqdarda insulin istehsal etməyə başlayır. Yüksək insulin səviyyəsi yumurtalıqları kişi cinsi hormonları istehsal etməyə təşviq edir. Əsas androgen isə testesterondur. Nəticədə qızlarda üz tükləri görünə bilər", - həkim izah edib.

Testesteron həmçinin terminal (qalın, tünd) tüklərin böyüməsinə cavabdehdir və bunlar adətən üst dodaq (bığ), çənə, döş və qarın nahiyəsində çıxır. Bu hal hirsutizm adlanır.

"Hələ ki, piylənmə və insulin rezistensiyası bu problemin əsas səbəbləri sayılır, lakin digər amilləri də istisna etmək olmaz. Tüklərin həddindən artıq çıxması polikistoz yumurtalıq sindromu (PCOS) nəticəsində də meydana gələ bilər. Bu endokrin xəstəlikdə hirsutizm, nizamsız menstrual dövrlər və akne müşahidə olunur. Həmçinin adrenal vəzi doğuşdan olan qeyri-adi formaları androgenlərin artıq istehsalına səbəb ola bilər", - həkim qeyd edib.

Əgər bu problem sizi narahat edirsə, endokrinoloq və ya ginekoloq-endokrinoloqa müraciət etmək lazımdır. Həkim adətən hormonlar, globulin, acqarına qan şəkəri və digər testləri təyin edəcək. milli.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar