Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Mikayıl Müşfiqin xatirə muzeyi barədə qərar verildi

Tarix: 23-11-2025 23:20     Baxış: 387 A- / A+
Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndində yerləşən xatirə muzeyinin və muzeyə keçid körpüsünün təmiri ilə bağlı Mədəniyyət Nazirliyinə edilən müraciətə cavab ünvanlanıb.

31 oktyabr tarixində ünvanlanan müraciətə Mədəniyyət Nazirliyində aidiyyəti üzrə baxılıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən muzeyin binasına və ətraf əraziyə texniki baxış keçirilib. Baxış zamanı bina və ərazidə təmir və bərpa işlərinin yerinə yetirilməsi, səkilərin yenidən qurulması, piyada körpüsünün yenidən inşa edilməsi, Tıxlı çayının məcrasının təmizlənməsi, sahil bərkidilmə işlərinin aparılması və yerüstü suların idarə olunması üçün hazırlanacaq layihə sənədləri əsasında sözügedən işlərin yerinə yetirilməsinin zəruriliyi müəyyən edilib.

Mədəniyyət Nazirliyi tərəfindən M.Müşfiq Muzeyinin binasında və ətraf ərazidə təmir işlərinin aparılması üçün müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verilib.

Qeyd edək ki, bu ilin yazında yağan yağışlardan sonra Mikayıl Müşfiqin Xızıda yerləşən xatirə muzeyi yararsız hala düşüb, sel muzeyə keçid körpünü uçurub. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar