Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda kişi "WhatsApp" statusuna görə cərimələndi

Tarix: 22-11-2025 21:54     Baxış: 397 A- / A+
Sabirabadda kişi "WhatsApp"ın hekayə (status) bölməsində etdiyi paylaşım səbəbindən saxlanılıb.

Rayonun Qaralar kənd sakini, 39 yaşlı Fərid Mövsümov (ad və soyad şərtidir) "WhatsApp" mobil tətbiqində "125 nömrəli YPX avtomobilinin videosu kimdə varsa, göndərin" məzmunlu status paylaşaraq, həmin avtomobilin görüntülərini axtarıb. Onun paylaşımının səbəbini öyrənmək üçün Fərid rayon Dövlət Yol Polisi Bölməsinə dəvət olunub. Lakin burada o, yol polisi inspektorları ilə mübahisə edib və onların qanuni tələblərinə tabe olmayıb.

Etdiyi hərəkətə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə protokol tərtib edilib.

İnzibati icraat zamanı Fərid Mövsümov bildirib ki, 125 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobili onun şəklini çəkib. Ona görə də həmin YPX avtomobilinin görüntülərini tapmaq üçün bu barədə status paylaşdığını, lakin qısa müddət sonra paylaşımı sildiyini qeyd edib:

"Əvvəlcə rayon Polis Şöbəsinə dəvət olundum. Sonra məni DYP-yə göndərdilər. Orada statusumun səbəbini izah edəndə mənə irad bildirildi. Buna görə əsəbiləşdim".

Fərid Mövsümov əməlindən peşman olduğunu, iki azyaşlı övladı olduğunu və ilk dəfədir ki, belə bir xəta törətdiyini bildirərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 50 manat məbləğində inzibati cərimə tətbiq edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar