Sizin Reklam Burada
Xəbər lenti
21-11-2025
20-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bərdə sakini at ətini mal əti adı ilə Bakıda satmaq istədi

Tarix: 21-11-2025 14:09     Baxış: 435 A- / A+

Bərdə rayonu, Bakı küçəsində Zaur Məmməd oğlu Novruzova məxsus fərdi yaşayış sahəsində ümumi çəkisi 154 kiloqram olan sümükdən ayrılmış at əti aşkar edilib.
Manevr.az xəbər verir ki, yararsız ət Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin Bərdə RPŞ əməkdaşlarının birgə keçirdiyi reyd zamanı müəyyən edilib.
Yoxlama zamanı məlum olub ki, mənşəyi məlum olmayan ət kəsilərək sümükdən ayrılıb və 99 CJ 158 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vasitəsilə Natiq Vaqif oğlu Hüseynov tərəfindən mal əti adı altında satış məqsədilə paytaxt Bakıya aparılıb. Ət antisanitar şəraitdə saxlanılıb.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanılıb, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Araşdırmalar davam etdirilir və məsul şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar