Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Klinikaya xəstə kimi gəlib, tibb bacısını soydu- BAKIDA

Tarix: 15-07-2017 16:12     Baxış: 4409 A- / A+
Klinikaya xəstə kimi gəlib, tibb bacısını soydu-
Bakıda klinikada tibb bacısını soyan şəxs həbs edilib.

DİN-dən verilən məlumata görə, iyulun 13-də Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən qadın tibb işçisi içərisində 500 manatı olan pulqabısının oğurlandığını bildirib. O, izahatında hadisənin müalicə olunmaq adı ilə müraciət etmiş bir nəfərin otaqda tək qaldığı vaxt ərzində baş verdiyindən şübhələndiyini bildirib.

39-cu Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu qısa müddətdə həyata keçirdikləri zəruri tədbirlərlə həmin şəxsin xarici görünüşünü müəyyən ediblər. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə şübhəli şəxs yaxınlıqdakı parklardan birində saxlanılaraq Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onun Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Arif Əliyev olması müəyyən edilib.

Tutarlı dəlillər qarşısında o, törətdiyi əməli etiraf edib.

Ətrafında aparılan tədbirlərlə onun cari ilin fevral ayında rayon ərazisindəki rabitə müəssisələrindən birindən eyni yolla oğurluq etməsi də müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar