Sizin Reklam Burada
Xəbər lenti
20-11-2025
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bütün növ əmək pensiyaları artacaq - Deputat

Tarix: 20-11-2025 18:17     Baxış: 328 A- / A+


Dövlət Sosial Müdafiə Fondunun büdcəsi layihəsi bir daha təsdiq edir ki, gələn ildə də sosial təminat tədbirləri davamlı olaraq gücləndiriləcək. Fondun 8 milyard 483 milyon manatlıq xərclərin 8 milyard 196 milyon manatı məhz əhaliyə ödənişlər üzrə xərclərdir. Əmək pensiyalarının ödənilməsinə isə 7 milyard 992 milyon manat ayrılacaq. Bu, o deməkdir ki, fondun xərclərinin 94,0 faizindən çoxu məhz pensiyaçılara ödənilən vəsaitdir. 2025-ci il ilə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi 10 faiz artırılacaq. Bu isə pensiyaçıların sosial təminatının gücləndirilməsinin gələn ildə də diqqət mərkəzində olacağı deməkdir.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə gələn ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək:
“Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar təxminən 9.2 faiz artırılacaq.
Bir sıra marjinal siyasi qruplar qərəzli şəkildə Azərbaycanın sosial göstəricilərini qonşu dövlətlər ilə müqayisə etməyə çalışaraq yanlış fikirlər formalaşmağa çalışırlar. Gələn il Azərbaycan dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin məbləği Ermənistanın büdcəsinin ümumi xərclərindən daha çoxdur. 2026-cı ildə Azərbaycanın 10 milyard dollarlıq sosial xərcləri Ermənistanın 2.4 milyard dollarlıq sosial ayırmalarından 4.2 dəfəyə yaxın, Gürcüstanın 2.6 milyard dollarlıq sosial xərclərindən 3.8 dəfə çoxdur. Əgər, Azərbaycan büdcəsinin yalnız sosial xərcləri bir ölkənin ümumi büdcəsindən daha çoxdursa, o zaman hansı müqayisədən söhbət gedə bilər?"
Deputat bildirib ki, sənəddə də qeyd olunduğu kimi, gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 8 milyard 323 milyon manat olacaq:
"1.7 milyard manat fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait kimi nəzərdə tutulub. Bu, o deməkdir ki, fondun gəlirlərinin 20 faizdən çoxu dövlət büdcəsi tərəfindən maliyyələşəcək. Bu nisbətən 2025-ci il üçün fondun təsdiq olunmuş büdcəsi ilə, demək olar, eynidir.
İşsizlikdən sığorta fondunun 2026-cı il xərcləri 266.4 milyon manat olacaq ki, onun da 77.0 milyon manatı, yəni 30 faizə yaxını özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək. İşsizliyə görə sığorta ödənişləri 28.0 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10.5 faizi deməkdir. Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək.
DSMF-in dövlət büdcəsindən aşlılığın daha da azaldılması üçün yığım potensialının artırılması ilə bağlı işlərin daha sistemləşdirilməsi və bununla bağlı konkret tədbirlər planının hazırlanması; İşsizlikdən sığorta fondunun büdcə layihəsi təqdim edilən zaman aktiv sosial proqramlara yönəldilən vəsaitlərin səmərəliliyi ilə bağlı ayrıca arayış da təqdim olunsun. Xüsusən də, özünəməşğulluq proqramının nəticələrinin mütəmadi dövrlər üzrə qiymətləndirilməsi məqsədəuyğundur; İşsizlikdən sığorta fondunun vəsaitlərindən sığorta məqsədi ilə daha çox istifadə olunması üçün bu sığortadan istifadə qaydalarına yenidən baxılsın və meyarların sayı artırılsın; İşsizlikdən sığorta fondunun büdcəsində saxlama xərclərinin maksimum həddi müəyyənləşdirilsin və xərclərin optimallaşadırılması həyata keçirilsin”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar