Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Təbrizli yazarlardan ETİRAZ: Sayman Aruzun yalanları davam edir!..

Tarix: 19-11-2025 23:04     Baxış: 440 A- / A+
Əli Çağla:
“Ədəbiyyat millətlərin inkişaf səbəbidir. O səbəb ki, əsrlərin sınağından keçərək xalqın ruhunu, dərdini, sevincini və ümidini sözə çevirir. Güney Azərbaycan isə bu baxımdan xüsusi birbyerə malik olubdur. Çünki buradakı qələmə alınan yazılar təkcə ədəbi-bədii mətn deyil, milli kimliyin, azadlığın harmoniyalı mahnısına prelüddür. Belə bir mühitdə isə sözsüz ki, Məhəmmədrza Ləvayinin müasir Azərbaycan ədəbiyyatında imzası zirvədə dayananlardan biridir. Hal-hazırda Çikaqoda sürgün həyatı keçirsə də, Azərbaycan ədəbiyyatında böyük rolu olmuş bu şair sözün, şeirin və ədəbiyyatın gücünü coğrafiyanın sərhədlərindən üstün tutan nadir sənətkarlardan biridir. Onun ürəyi həmişə Təbriz üçün döyünür. Lakin, təəssüflə bu cür böyük adların ətrafında bəzən kölgəli oyunlar da oynanır. 
Azərbaycan Yazıçılar Birliyinin "Güney Azərbaycan ədəbiyyatı şöbəsi"nin müdiri kimi tanınan Sayman Aruz, Məhəmmədrza Ləvayinin "Sənə vətən olaram" adlı şeir kitabının Bakı şəhərində nəşr etdiyini iddia edir. Onun sözlərinə və mediada paylaşdığı mətnə əsasən guya bu kitab "Güney Azərbaycan ədəbiyyatı komissiyası"nın dəstəyi ilə çap olunub və 300 nüsxə tirajla işıq üzü görübdür. Ancaq kitabın üz qabığında olan faktlar tam başqa kartinanı göstərir: 
1. ISBN mövcud deyil. 
2. Azərbaycan Yazıçılar Birliyinə müraciətdə belə bir kitabın çapından heç kimin xəbəri olmadığı ortaya çıxır. 
3. Real olaraq fotoda cəmi 5-6 nüsxə görünür. 

Əgər bu kitab doğrudan çap olunubdursa, niyə 300 tirajda çap olunan bu kitabdan bircə nüsxə belə kitabxanaların rəfində yoxdur? Niyə heç bir nəşriyyatın adı, yaxud logosu kitabın üz qabığında müşahidə olunmur? Bu kitab, böyük tirajla çap olunubsa, niyə kitab üçün təqdimat qurulmur? Niyə komissiyaya ayrılan büdcə ilə şairin özünü Bakıya dəvət etmirsiniz? Sayman bəyin Facebook səhifəsində paylaşdığı həmin kitab xəbərini statusunun altında "Bu kitabı hardan ala bilərəm?" deyə hörmətlə şərh bölməsinə yanaşmışam, niyə o, mənim şərhimi silib? Nəyin aşkar olunacağından qorxursunuz, Sayman bəy? Onsuz da çox şeylər aşkardadır. Mən sizin gördüklərinizə rəğmən danışa bilməyənlərin dilindən yazıram! 
Əlbəttə ki, bir kitabın tirajı kağızın ölçüsü ilə deyil, etibarı ilədir. Əgər həmin etibar zədələnirsə, bütöv bir ədəbi mühit, Güney Azərbaycanda bu xəbərin doğru olmadığını bilməyən, eşidib şad olan ədəbiyyat həvəskarları zərər görür. Ədəbiyyat oxucu ilə tamamlanır; oxucudan gizlədilən, sonra rəqəmlərlə təqdim edilən kitab isə əslində kitab deyil, yalnız bir qondarma hərəkətdir. 
Tarixə müraciətdə görürük ki, bəli, az tirajla kitablar da çap olunubdur. Məsəl üçün Amerikalı Edqar Allan Ponun “Tamerlane and Other Poems” əsəri 1827-ci ildə cəmi 12 nüsxə ilə çap edilmişdi. Yaxud İngiltərəli William Bleykin “Poetical sketches” kitabı isə sadəcə cəmi 40 nüsxədə mövcud idi. Amma bütün bu hallarda, əsərlər gerçəkdən çap olunmuşdu, sadəcə məhdud tirajla oxucuya çatmışdı. Bugünkü hadisənin fərqi ondadır ki, buradakı kitabın özü də müəmmalıdır. Çünki oxucuya açıq yolu yoxdur. Bu kitabı oxucu haradan əldə etməlidir? 
Biz, 2024-cü ildə Bakı şəhərində Güney Azərbaycanlıların Qarabağa yazdığı “Öncə vətən” adlı şeirlər və hekayələr antologiyasını Nargis İsmayılova  ilə bərabər “Yarasa” nəşriyyatı tərəfindən çapa hazırladıq. 
Bu iş yalnız ədəbi bir təşəbbüs deyil, həm də bir xalqın məftillərin ucbatından ayrı düşməyinə baxmayaraq öz soydaşlarının qələbəsinin naminə atılmış bir addım idi. Lakin həmin prosesin ardınca Güney Azərbaycan Ədəbiyyatı Komissiyasının sədri Sayman bəy Aruz mənimlə əlaqə saxladı və ondan icazəsiz niyə kitabı çap etməyimizə şikayət etdi. 
Sayman bəy, əgər sizin məqsədiniz kitabların çapına nəzarət etmək idisə, İran İslam Mədəniyyət Nazirliyində də oturub həmin senzura və qadağa qoymaq işlərini İranda da həyata keçirə bilərdiniz! Niyə bu işlərinizi Bakıya aparırdınız? 
Bu sferada, heç bir Güney Azərbaycanlı sizin öhdəliyinizdə olan vəzifənin əməlini görməyibdir. Sayman bəy, unutmayın ki, siz bu kitabın qondarma çapı və onun təqdimatı ilə bağlı tam cavabdehlik daşıyırsınız. Siz həmçinin şöbəyə ayrılan büdcənin harada və necə xərcləndiyi mövzusunda ictimaiyyət qarşısında cavabdehsiniz! 
Ədəbiyyat, yalanın yükünü daşımır. Əgər bir kitab üzərinə saxta tiraj möhürü vurulursa, bu təkcə bir şairə deyil, bütün ədəbi mühitə xəyanətdir və bunu edən xəyanətkar...”

Ümid Nəccari:
“2016-cı ildə Güney Azərbaycan şeir antologiyasını işləyib, bu quruma təqdim etmişdim, gizli çap edib və təqdimatını ediblər və məni də çağırmayıblar. Bu fəaliyyətimə bütün Güneydə yaşayan ədəbiyyatçılar şahiddir. Çünki onlardan əsər istəmişdim. Bu təqdimatın linki də var.”

Rəsul İsməiliyan: 
“Keçmişlərdə də başqa şəkildə üz verən məsələdi. Kaşki sadəcə kitab olsaydı.” 

Duman Yalçın: 
“Bu adamdan xeyir gəlməz. Ümid Nəccari bilir nə əzabla o taya mən kitab keçirtdim ki, orda şairlərə paylayam! Cavanlığın səhvi kimi yazıram bunu! İndi o işi görmərəm. Ancaq rəhmətlik Fikrət Qoca gəldi kitabı məndən aldı. Sayman özünə zəhmət vermədi adres göndərsin, mən kitabı ayağına aparam. Mənə dedi bağımda tətil günlərini yaşayıram. Mənim ürəyim o zaman ədəbiyyatdan da sındı. Ramiz Rövşən, Fikrət Qoca gəlib məni gördü, amma Saymadan pislik gördüm sadəcə… O gündən bu adama zəng də açmıram. 

Oğuz Məhəmmədikiya: 
“Sayman Aruzla İstanbulda görüşdüm… Mənim də çoxlu suallarımı cavabsız buraxdığı kimi bu qonuda da açıqlama verməyəcək deyə düşünürəm… Güneyin rantını yeyir hələlik… Xudafərin körpüsündə bir fədai ədası ilə…”

Məhəmməd Çalğın: 
“Hamı oxuyur. Bəs nədən heç kimin cürəti çatmır rəy yazsın? Sayman həmin Saymandır ki, məni yığışıb Yazıçılar Birliyində “Güney şöbəsi”nin müdiri seçirdilər, Tehrandan Təbrizə kimi nə adam var bizim qapıya göndərmişdi ki, Çalğına deyin gəlib mənim işimi əlimdən almasın. Halbuki  mən nə müdir olmaq istəyirdim, nə də elə işlərdən xoşlanmıram. Ancaq Sayman bu tayın ədəbiyatına kimlərin tapşırığı ilə etdiyi xəyanət hər kəsə məlumdur. Bu adam  ədəbiyyatçı deyil, orda oturub biznesi ilə məşğuldur. Ancaq bir gün xalqın və ədəbiyatın qarşısında bu adam cavab verməlidir. Halbuki bu adamın kim olduğu hər kəsə məlumdur, bəlkə o məhkəmədə bir söz tapıb deyəcək özünü qurtarmaq üçün. Əli can, belə insanlara çox vaxtını ayırma!”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar