Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı öz xahişi ilə həbs olundu - Görünməmiş OLAY

Tarix: 19-11-2025 12:11     Baxış: 367 A- / A+


Azərbaycanlı öz xahişi ilə  həbs olundu - Görünməmiş OLAY
Rusiyanın Kareliya Respublikasında dəfələrlə sərxoş halda maşın sürən azərbaycanlı həbs olunub.
Manevr.az yerli mediaya istinadla bildirir ki, Petrozavodsk şəhərtində yaşayan, 39 yaşlı Azərbaycan əsilli Aflan ilk dəfə 2019-cu ildə məhkəməsi qarşısına çıxıb. Həmin vaxt sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün ona 200 saat məcburi iş və təxminən üç il müddətinə sürücülük hüququndan məhrumetmə cəzası verilib.
2024-cü ildə o, hədə-qorxu yolu ilə pul tələb etmə və qəsdən yandırma maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunub. Cəza olaraq ona dörd il şərti azadlıqdan məhrumetmə və sınaq müddəti təyin edilib. Bir neçə ay sonra o, yenidən sərxoş vəziyyətdə sükan arxasında yaxalanıb. Bu dəfə ona 1 il yarım məcburi iş və sürücülük hüququnun alınması cəzası verilib.
Aflan təxminən 1 il müddətinə islah mərkəzində bu cəzanı çəkib. Lakin yaxınlarda ailəsi ilə görüşdən sonra mərkəzə sərxoş vəziyyətdə qayıdıb. Bu qayda pozuntusuna görə mərkəzin rəhbərliyi məhkəməyə müraciət edərək qalan 4 ay məcburi işin real həbs cəzası ilə əvəz olunmasını tələb edib.
Vəkilin onu müdafiə etməyə çalışmasına baxmayaraq, Aflanın özü də həbsxanaya getmək istədiyini deyib. Noyabrın 11-də məhkəmə məhkumun xahişini qəbul edib. Kişi dərhal həbsə alınıb və cəzaçəkmə müəssisəsinə göndərilib.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar