Xəbər lenti
Azərbaycanda bu mağazalara qoyulan tələblər sərtləşdirilir

Azərbaycanın tarixi-mədəni qoruqlarında yerli sənətkarlığın inkişafına dəstək məqsədilə suvenir mağazalarına tətbiq olunan tələblər sərtləşdirilir.
Bunu Basqal qoruğuna ezam olunmuş müxbirinə Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib.
Onun sözlərinə görə, son illərdə mağazalarda əsasən xaricdən gətirilən ucuz suvenirlərin satılması yerli sənətkarların fəaliyyətinə mənfi təsir göstərir:
“Bu səbəbdən qoruq ərazilərində fəaliyyət göstərən satış obyektləri üçün yeni tələblər müəyyənləşdiririk. Məqsədimiz suvenir mağazalarında yerli məhsulların satışını artırmaqdır. Ucuz, kütləvi xarici məhsulların üstünlük təşkil etməməsi üçün müəyyən məhdudiyyətlər tətbiq edirik və ustalarımızı daha kiçik ölçülü, uyğun qiymətli suvenirlər hazırlamağa həvəsləndiririk”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































